• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Qəzzada 3 min 38 uşaq öldürülüb

CƏMİYYƏT

27 Oktyabr 2023 | 16:35

Qəzzada 3 min 38 uşaq öldürülüb

Qəzza Səhiyyə Nazirliyi İsrail hücumlarında ölənlərin sayının son 24 saatda 298 nəfər artaraq 7 min 326-ya çatdığını açıqlayıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ölənlərin 3038-nin uşaq olduğu məlum olub.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına endirdiyi intensiv hava zərbələri minlərlə insanın ölümünə və yaralanmasına səbəb olub. Hücumlar yaşayış məntəqələri və səhiyyə müəssisələrinin dağıdılmasına gətirib çıxardı.

Qəzza hökumətinin Media Ofisinin rəhbəri Selame Maruf Qəzza zolağında 1 milyon 400 min insanın evlərini tərk edərək sığınacaq mərkəzlərinə köçmək məcburiyyətində olduğunu bildirib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR