"Son günlər daha çox göydən zənbillə vəzifəyə düşmələr çox olduğundan Mərkəzi Banka uzun müddət bu sahədə çalışmış şəxslərin təyinatlarını dəstəkləyirəm".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Azərbaycanda çoxlu qurum və komissiyaların olduğunu deyən F.Mustafa hesab edir ki, onlar say etibarı ilə azaldılmalıdır.
"Məsələn, Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinə verildi. Lakin nəticə oldumu? Bu, araşdırılmalıdır. Qiymətləri aşağı salıb dövlət müəssələrinin özəlləşməsini həyata keçirməliyik ki, səmərəli nəticə versin", - deyə deputat qeyd edib..
Nuranə Daxilqızı
















