• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Diplomat olmaq istəyənlər bu gün imtahan verəcəklər 

CƏMİYYƏT

24 Sentyabr 2023 | 08:24

Diplomat olmaq istəyənlər bu gün imtahan verəcəklər 

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Xarici İşlər Nazirliyinə (XİN) diplomatik xidmətə qəbul olmaq istəyən namizədlərin danışıq bloku üzrə imtahan keçirəcək.

Bakıvaxti.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Mərkəz dünən Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün xarici dil biliyinin “dinləyib-anlama” və “oxuyub-anlama” bacarığı üzrə, həmçinin xarici dil və Azərbaycan dillərində analitik yazı bacarıqlarının yoxlanılması hissəsi keçirib.

İmtahan nəticələrinin danışıq bloku üzrə imtahanın nəticələri bir yerdə yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.


SON XƏBƏRLƏR

26 Iyul 2024