• Bakı 24° C

    5.79 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Dron müharibəsi qaçılmazdır - "Forbes"

DÜNYA

17 Aprel 2024 | 12:18

Dron müharibəsi qaçılmazdır - Forbes

Ukrayna və Rusiya dron ehtiyatlarını artırır və onlardan cəbhədə getdikcə daha çox istifadə edirlər. Dron müharibəsi qaçılmazdır.

Bakıvaxtı.az bildirir ki, bu barədə "Forbes" nəşrinin məqaləsində bildirilib.

"PUA-lar arasında qarşıdurma 2022-ci ildən bəri davam edir, lakin indi fərqli mənzərə görürük. Təsadüfi toqquşmalar əvəzinə, kiçik kvadrokopterlərin daha böyük bombardmançılara hücum etməsini görürük", - məqalədə vurğulanıb.

Nəşr qeyd edir ki, hazırki strategiyadan I Dünya müharibəsi zamanı da istifadə olunub:

"Təyyarə ilə effektiv müharibə aparacaq yeganə şey başqa təyyarə idi. Təxminən 100 il sonra eyni mübarizə miniatür rejimdə - PUA-larla alçaq hündürlükdə hava məkanı uğrunda davam edir.

Ukraynanın ağır bombardmançı pilotsuz təyyarələri gecələr uçur, tankları və digər avadanlıqları məhv etmək üçün dəqiqliklə çoxsaylı bombalar atırlar. İşğalçılar arasında qorxu yayıblar. Onlar eşidilə bilər, lakin görünmür, ruslar bu dronları vurmağın effektiv yolunu tapmayıblar"./axar.az


SON XƏBƏRLƏR

29 Aprel 2024