• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Dubaya uçan təyyarə təcili eniş etdi

DÜNYA

27 Oktyabr 2022 | 17:53

Dubaya uçan təyyarə təcili eniş etdi

Daşkənd-Dubay reysi ilə uçan təyyarə İranın Şiraz şəhərində təcili eniş edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın Fars əyalətinin meriyasından bildirilib.

Qeyd olunub ki, Daşkənddən Dubaya uçan "Fly Dubai" aviaşirkətinə məxsus sərnişin təyyarəsi cümə axşamı Şirazda məcburi eniş edib.

Təyyarə İranın hava məkanından keçərkən pilotun vəziyyəti pisləşdiyi üçün o, Şiraz Hava Limanına təcili eniş tələb edib. Uçuş heyətinin dəyişdirilməsi tələbi ilə əlaqədar bu reysin operatorları Dubaydan yeni reys tələb ediblər və nəticədə sərnişinlər hava limanının tranzit hissəsinə keçirilib. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026