• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Dunay daşdı, Budapeşti su basdı - VİDEO

DÜNYA

20 Sentyabr 2024 | 10:35

Dunay daşdı, Budapeşti su basdı - VİDEO

Macarıstanın paytaxtı Budapeştdə Dunay çayının daşması nəticəsində küçələri su basıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb. 

Ölkənin Baş naziri Viktor Orbanın sözlərinə görə, paytaxtda daşqının pik səviyyəsinin şənbə günü axşam müşahidə ediləcəyi proqnozlaşdırılır. Bununla belə, Orban vəziyyətin ciddiliyinə baxmayaraq, ölkə rəhbərliyinin təbii fəlakətlə mübarizə üçün kifayət qədər resursunun olduğunu bildirib. 

Qeyd olunub ki, suyun gələn həftənin sonuna doğru geri çəkiləcəyi gözlənilir. 

“Index” nəşri isə daşqın səbəbindən Macarıstanda bir neçə bərənin işinin tamamilə dayandırıldığını yazıb. Eyni zamanda, bir neçə yol hərəkət üçün bağlanıb. 

Sosial şəbəkələrdə yayılan görüntülərdən isə daşqının Macarıstan parlamentinin binasına çatdığını görmək mümkün olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026