• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Qızıl alanların NƏZƏRİNƏ: Deputat AÇIQLADI

İQTİSADİYYAT

21 Oktyabr 2022 | 09:43 | Müəllif: Qalib İbrahimoğlu

Qızıl alanların NƏZƏRİNƏ: Deputat AÇIQLADI

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsinin mütəmadi artırmaq ilə bağlı qərarları qızıl bazarını da “vurub”.

Bakıvaxtı.az xəbər verir kii, bunu deputat Vüqar Bayramov deyib.

Onun sözləruinə görə, son 6 ayda dünya bazarında 17.0 faiz dəyər itirərən qızılın hər qramının qiyməti 63 dollardan 52 dollaradək ucuzlaşıb. Bir aylıq və eləcə də illik yekunlar da neqativdir: son 1 ildə 9.0 faiz dəyər itirən qiymətli metal son 1 ayda 2.3 faiz ucuzlaşıb.

Qızılın ucuzlaşması dünya bazarında dolların möhkəmlənməsi fonunda investorların öz pullarını daha çox valyuta bazarına yönəltməsi ilə bağlıdır. Eyni zamanda, sözügedən qiymətli metak uzun müddət artım tendensiyasını da qoruyub saxlaya bilməzdi. Digər strateji birjalarda, o cümlədən neft bazarında da volatilliyin yüksək olması da valyutalara tələbi artırıb. 2022-ci ilin geridə qalan aylarında dollar səbət valyutalara nisbətən 14.0 faiz bahalaşıb. Bu isə ondan xəbər verir ki, əgər qızıl yığımları dəyər itiribsə, əksinə dollara sərmayə investorlara gəlir gətirib. 3.25 faizlik FED uçot dərəcəsi isə təbii ki xarici investorlar üçün əlavə qazancdır.

Azərbaycanda da yığımlarda qızıldan istifadə olunur. Son qlobal və regional dəyişikliklər göstərir ki, daha çevik yığım alətlərindən istifadə vacibdir. Bu indiki halda yığımlarda gəlirliyi qorumağın yeganə yoludur.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026