• Bakı 7° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Mikayıl Cabbarovdan  İsraillə bağlı PAYLAŞIM

İQTİSADİYYAT

19 Noyabr 2022 | 13:58

Mikayıl Cabbarovdan İsraillə bağlı PAYLAŞIM

İsraildə Azərbaycanın səfirliyinin açılması iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin güclənməsinə töhfə verəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün “Twitter” hesabında yazıb.

M.Cabbarov bildirib ki, “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri olaraq Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin təşviqi və tərəfdaşlığımızın daha da gücləndirilməsi istiqamətində fəaliyyətimizə mühüm töhfə verəcəyinə inanıram”.

Qeyd edək ki, Milli Məclisin noyabrın 18-də keçirilən iclasında "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq təsdiq edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026