• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Deputatdan banklarla bağlı TƏKLİF

İQTİSADİYYAT

16 Dekabr 2022 | 12:31 | Müəllif: Qalib İbrahimoğlu

Deputatdan banklarla bağlı TƏKLİF

Həftəsonu və bayram günlərində banklar fəaliyyət göstərməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Rüfət Quliyev Milli Məclisin bugünkü iclasında çıxışı zamanı bildirib.

Şənbə-bazar və bayram günlərində bankların işləmədiyini deyən deputat qeyd edib ki, bəs ölkəyə gələn turistlər valyutanı dəyişmək istəsə nə etməlidir?

Onun sözlərinə görə, bu istiqamətdə rəsmi qərar verilməlidir: "Əvvəllər 3-5 min qanuni lisenziya ilə işləyən yerlər var idi. İndi bu məntəqlər yalnız bankların içindədir. Banklar isə dediyim kimi həftə sonu və bəyarm günlərində fəaliyyət göstərmir”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026