• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Türkiyənin valyuta ehtiyatı 2,3 milyard azaldı

İQTİSADİYYAT

12 Yanvar 2023 | 21:24 | Müəllif: Subhan Mahmudov

Türkiyənin valyuta ehtiyatı 2,3 milyard azaldı

2023-cü ilin birinci həftəsi ərzində Türkiyə Mərkəzi Bankının cəmi ehtiyatları əvvəlki həftə ilə müqayisədə 2,345 milyard ABŞ dolları azalaraq 126,41 milyard dollara düşüb.

Bakıvaxtı.az xəbər verir ki, yanvarın 6-na olan məlumata görə, Mərkəzi Bankın ümumi valyuta ehtiyatları 3,244 milyard ABŞ dolları azalaraq 79,66 milyard dollar olub. Dekabrın 30-na olan məlumatda ümumi valyuta ehtiyatları 82,904 milyard ABŞ dolları təşkil edirdi.

Bu müddət ərzində ölkənin qızıl ehtiyatları 899 milyon ABŞ dolları həcmində artaraq 46,75 milyard ABŞ dollarına yüksəlib.

Beləliklə, Mərkəzi Bankın məcmu ehtiyatları yanvarın 6-dan bəri bir həftə ərzində 128,755 milyard ABŞ dollarından 126,41 milyard ABŞ dollarına qədər azalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026