Hindistanda keçirilən atıcılıq üzrə dünya kubokunun final mərhələsi davam edir.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan snayperi Nigar Nəsirova çıxışını başa vurub.
Təmsilçimiz 10 m məsafədən pnevmatik tapança ilə atəş açmada dəqiqliyini sınayıb. Təsnifatda 8-ci yerin sahibi kimi həlledici raunda vəsiqə qazanan atıcımız bu dəfə 115,6 xal yığıb. O, dünya kubokunu 8-ci yerdə yekunlaşdırıb.
Qeyd edək ki, Nəsirova Azərbaycan millisinin yarışdakı yeganə təmsilçisi olub. /İdman.biz
















