Son bir həftədə ən çox müzakirə olunan mövzu qaz və işığın qiymətinin artırılmasıdır. Belə ki, dövlət zərərlə işləyən, büdcəyə yük olan sahələri iqtisadi asılılıqdan çıxarmağa çalışır. Nəticədə qaz və işıq pulu artırılıb. Bu da əhali arasında çox böyük narazılıqlara yol açıb.
Bəs doğrudan tək çıxış yolu işıq və qaz pulunu artırmaq idi?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a danışıb:
“Rəsmi qurumların kommunal xidmətlərin qiymətinin artması ilə bağlı verdiyi açıqlamalarda həmin rəsmi qurumların dövlət büdcəsindən alacağı dotasiyaların yavaş-yavaş ləğv ediləcəyi ilə bağlı məqama toxunulub. Xərclərə təsir göstərdiyi deyilib. Dotasiya olmadıqda kommunal xidmətlə məşğul olanlara maya dəyərindən ucuz satmaq sərf eləmir. Ona görə də, qiymət artımına doğru gedirlər. Burda narahatedici məqam ondan ibarətdir ki, dünyanın hər yerində istər dövlət, istərsə də özəl şirkətlərdə onların rentabelliyinin yüksəldilməsinin ilk addımı qiymət artımı deyil. İlk addım daxili audit və xərclərin azaldırmasıdır. Yəni “Bakıelektrikşəbəkə”, “AzəriQaz”, “Azərenerji” birinci növbədə daxili hesabatlılığını şəffaflaşdırmalı və xərclərini azaltmalıdır. Xərclər azaldıqdan, neqativ tendensiyalar götürüldükdən, satınalmalarda qiymət şişirdilmələrinin qarşısı alındıqdan sonra mütləq maya dəyərinə təsir göstərir və rentabelliyi yüksəldən əsas amillərdən birinə çevrilir. Yəni sırf dotasiyalar kəsilir deyə dərhal qiymətin artırılması doğru deyil. İlk öncə daxili audit olunmalı və izafi xərclər azaldılmalı idi”.
Aytac Aslan






png-1637319383.webp)









