ABŞ-ın Florida ştatında dünyanın ən ölümcül ağacı kimi tanınan Manşnel ağacının yeni üzvü aşkarlanıb. Yaşıl almaya bənzər meyvəsini dişləmə riskinin böyük olduğu ifadə edilən ağacın budaqlarının altında dayanmağın belə ölüm riski yarada biləcəyi deyilib.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ-ın Florida ştatında dünyanın ən ölümcül ağacı kimi tanınan Manchinel ağacının yeni ağacı aşkarlanıb.
2011-ci ildə "Ginnesin Rekordlar Kitabı"na görə dünyanın ən təhlükəli ağacı adlandırılan ağac indiyədək yalnız ABŞ-ın Florida ştatında və Karib dənizinin bəzi bölgələrində görülüb.
Ginnesin Rekordlar Kitabı ağaca “Altında dayansa belə ölümcül risklər yaradır” kimi tərif versə də, “Yağış altında dayanmaq belə, onun canlı dərisi hər hansı bir şirəsi olan yağış damcıları ilə islanırsa, şişməsi üçün kifayətdir. " deyə qeyd edilib.
Baxıldığında zərərsiz görünən Manchinel ağacı yaşıl almaya bənzəyən meyvələr verərkən "yaşıl və yarpaqlı bir ağac" olaraq xarakterizə edilir.
Lakin ağacın qabığı, şirəsi və meyvəsinin insanlar üçün çox təhlükəli olduğu və ölümcül sağlamlıq problemlərinə səbəb ola biləcəyi bildirilir.
Ginnes deyir: "Onun kiçik yaşıl almaya bənzəyən meyvəsindən bir dişləmə qabarmaya və ya şiddətli ağrıya səbəb olur və ölümcül ola bilər".
Xalq arasında "çimərlik alma" ağacı kimi tanınan Manichel (Hippomane mancinella) ciddi tibbi problemlərə səbəb ola bilər, Milli Sağlamlıq İnstitutları isə onun südlü şirəsinin dəri ilə təmasda olduğu halda qabarmağa, yanmağa və iltihaba səbəb olacağını bildirib.
"Bu ağacın bütün hissələri o cümlədən meyvələri zəhərlidir" deyən Florida Universiteti ağacı vurğulayaraq, "Tibbi simptomlara aşağıdakıları daxil edib: dərinin yanması, dəridə qabarma, 3 günə qədər korluqla müşayiət olunan konyunktivit və ciddi udulduqda həzm problemləri."
Lakin Manşinel ağacının dəri ilə təması ilə yanaşı, ağacın hər hansı bir hissəsi yandırıldıqda ortaya çıxan tüstünün də zərərli olduğu açıqlanıb.
Aytac Aslan
















