• Bakı 21° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

“Kontake Home” daha bir şikayət - AÇIQLAMA

CƏMİYYƏT

19 Noyabr 2021 | 15:38

“Kontake Home” daha bir şikayət - AÇIQLAMA

Daha bir vətəndaş “Kontakt Home” mağazalar şəbəkəsinbdən şikayət edib.

Əlövsət Ağayev adlı narazı vətəndaşın şikayətini olduğu kimi təqdim edirik:

“İki ilə yaxındır ki, mən ağır yataq xəstəsiyəm.
13.11.2021-ci il tarixdə mən Kontakt Home-a “beurer bc 28” markalı tonometrini, mənzilimə çatdırılması şərti ilə, onlayn sifariş etdim.

Satıcı, tonometri mənzilimə gətirdi, onun telefon nömrəsi: 052069850-dir.

Satıcı tonometri öz qolunda yoxlayan zaman hər yoxlamada müxtəlif rəqəmlər göstərəndə, mən satıcıdan bunun səbəbini soruşduqda o, cavab verdi ki, belə olmalıdır.

Mən ona inanıb, 43 manat pulumu ödəyib satıcını yola saldım.
Axşam vaxtı mənim vəziyyətim ağırlaşdığından, aldığım tonomerlə təzyiqimi ölçdüm. Cihaz 178/67 göstərdi.
Təcili yardım çağırdım. Təcili yardım tibb işçiləri öz cihazları ilə yoxladılar 130/ 80 göstərdi. Sonra mən alan cihazla yoxlayanda, 203/57 göstərəndə həkimlər dedilər ki, belə oyuncaqlarla təzyiq ölçmürlər.
16.11.2021-ci il tarixdə mən satıcıya bir neçə dəfə zəng etdikdə, o bilərəkdən mənə cavab vermədi. Sonra “Kontakt Home”-a məlumat verdim.
Cavabında, 0512555146 nömrəsindən mənə zəng edib əmin etdilər ki, qısa müddətdə bizim əməkdaşımız sizə yaxınlaşıb tonometri geri götürəcək.
Bu gün ayın 19-dur. Hələ də bu “qısa müddət” başa çatmaq bilmir.
Cihazın geri qaytarmaq müddəti isə 14 gündür.
Kontakt home bilərəkdən gün uzadır ki, 14 gün bitəndən sonra, desinlər ki, artıq sizin 14 gün müddətiniz bitmişdir.
Bu isə əsl dələduzluqdur.
Bu haqda mən 18.11.2021-ci il tarixdə Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət ünvanlandırmışam.
23.11.2021-ci il tarixdə nasaz tonometri geri qaytarmaq müddətim başa çatacaq”.

Bakıvaxtı.az olaraq vətəndaş Əlövsət Ağayevin şikayətini Kontake Home-a bildirdik.

Kontakte Home-un sorğumuza göndərdiyi cavabı təqdim edirik:

“İlk növbədə məsələyə aydınlıq gətirmək üçün bizim mövqeyimizi aldığınız üçün təşəkkür edirik.Bildirmək istəyirik ki, müştərilərimizin məmnuniyyəti bizim üçün ən önəmli faktorlardan olduğundan, daxil olan bütün müraciətləri və şikayətləri operativ olaraq qəbul edib həlli istiqamətində müvafiq işlər görürük.

Müştərimiz Ağayev Əlövsət Ağa oğlunun iradı ilə bağlı da noyabrın 17-si bizə məlumat daxil olub və dərhal bununla bağlı işlərə başlanılıb. Müştərinin cihazındakı nasazlığı müəyyən etmək üçün prosedura əsasən məhsulun texniki baxış üçün Servis Mərkəzinə təqdim olunması lazımdır. Lakin müştərimiz Əlövsət bəyin yataq xəstəsi olduğunu nəzərə alaraq, əməkdaşlarımız özləri sabah gün ərzində ünvana yaxınlaşacaq və cihazı təhvil alacaqlar. Texniki baxış keçirildikdən sonra məhsulda qüsur aşkarlanarsa, zəmanət şərtləri çərçivəsində yenisi ilə əvəzlənəcək. Bununla bağlı müştərimizin özü ilə əlaqə saxlayıb ona məlumat təqdim etmişik. Hətta telefon zəngi zamanı müştəri bizə məmnunluğunu da ifadə edib”.

Şirkət tərəfindən bildirilib ki, beynəlxalq praktikaya əsasən də, istehsal zamanı məhsulların orta hesabla 1-2%-ində qüsur yaranma ehtimalı var:

“Bu nasazlığı yalnız istehlakçı istifadə zamanı aşkarlaya bilər. “Kontakt” mağazalar şəbəkəsi olaraq mağazalarımızda satışa təqdim olunan bütün məhsulların keyfiyyətinə rəsmi istehsalçı zəmanətini təqdim edirik. Bütün zəmanət boyu və hətta ondan sonra müştərilərimizin məmnuniyyətini təmin edərək, onlara müvafiq köməkliyi göstəririk.

Müraciətiniz üçün bir daha təşəkkür edir, Əlövsət bəyə isə Allahdan şəfa diləyirik”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026