• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dünyanın ilk “qum batareyası” quraşdırıldı

CƏMİYYƏT

06 Iyul 2022 | 05:37 | Müəllif: Qalib İbrahimoğlu

Dünyanın ilk “qum batareyası” quraşdırıldı

Finlandiyalı tədqiqatçılar Kankaanpyaa şəhərində “yaşıl” enerjini aylarla saxlaya biləcək ilk işlək “qum batareyası” quraşdırıblar.

Bakıvaxtı.az BBC-yə istinadla xəbər verir ki, “qum batareyasının” əsas elementini boz rəngli hündür çənə tökülən təxminən 100 ton ağırlığında inşaat qumu təşkil edir. Aşağı keyfiyyətli qumdan istifadə edilən cihaz günəşdən və küləkdən alınan ucuz elektrik enerjisi ilə əldə olunmuş istiliklə doldurulur.

Tədqiqatçıların sözlərinə görə, qum bir neçə ay ərzində təxminən 500 dərəcə selsiyə qədər istilik saxlaya bilir. Elektrik enerjisinin baha olduğu qış aylarında həmin istiliklə evləri qızdırmaq mümkün olacaq.

Mütəxəssislər “qum batareyasının” bütün il boyu elektrik enerjisi ilə bağlı təminat problemini həll edəcəyinə əmindirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026