• Bakı 16° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

"E-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq

CƏMİYYƏT

10 Dekabr 2024 | 22:42

E-bildirişin təqdim edilməsinə görə xidmət haqqı tutulacaq

"E-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin dekabrın 13-də keçiriləcək iclasının gündəliyinə təqdim olunan "Dövlət rüsumu" haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, nəzərdə tutulan dövlət rüsumlarının ödənilməsi zamanı hər bir dövlət rüsumu tutulmalı olan hüquqi hərəkət üzrə tərtib edilmiş "e-bildiriş"ə görə 0.02 manat məbləğində xidmət haqqı tutulacaq və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə həmin orqanın xəzinə hesabına köçürüləcək.

Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.


SON XƏBƏRLƏR

23 Aprel 2025