İngiltərə Milli Komandasını 1996-cı ildə Avropa Futbol Çempionatında yarımfinala çıxaran əfsanəvi məşqçi Terri Venables 80 yaşında dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Venables ailəsi adından edilən açıqlamada bildirilir.
"Uzun sürən xəstəlikdən sonra vəfat edən gözəl həyat yoldaşını və atanı itirdiyimiz üçün kədərlənirik", - deyə ailənin açıqlamasında qeyd olunur.
Futbolçu karyerasında “Çelsi”, “Tottenhem” və “Kvins Park Reyncers”də çıxış edən Venables “Barselona”, “Tottenhem”, “Kristal Pelas”, “Midlsbro” və “Lids Yunayted”lə yanaşı, İngiltərə Milli Komandasını da çalışdırıb.
Venablesın idarə etdiyi İngiltərə Milli Komandası AVRO 96-nın yarımfinalında Almaniya ilə Uembli stadionunda üz-üzə gəlib və Almaniya millinin hazırkı çalışdırıcısı Qaret Sautqeytin buraxdığı penaltidən sonra finala vəsiqəni qazanıb.
1984-85 mövsümündə "Barselona"nın 11 illik çempionluq həsrətinə son qoyan britaniyalı məşqçi 1991-ci ildə "Tottenhem"lə Federasiya Kubokunu qazanıb.
Murad Məmmədli
















