• Bakı 24° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Egils Levits Azərbaycana gələcək

DÜNYA

10 Fevral 2023 | 14:55

Egils Levits Azərbaycana gələcək

Latviya Prezidenti Egils Levits martın əvvəlində Azərbaycana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  diplomatik mənbədən bildirilib.

O, 9-11 mart tarixlərində Beynəlxalq Nizami Gəncəvi Mərkəzi tərəfindən keçiriləcək X Qlobal Bakı Forumunda iştirak edəcək.

Qeyd edək ki, Forumunun mövzusu "Dünya bu gün: çağırışlar və ümidlər" olacaq.

Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən hər il keçirilən Qlobal Bakı Forumu Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə əsas tədbirlərdən birinə çevrilib. Forumda görkəmli lider və ekspertlər üçün dünyanın ən mühüm problemlərini aradan qaldırma yollarını müzakirə etmək imkanı yaradılır. /Trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026