• Bakı 10° C

    0.91 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Səudiyyə Ərəbistanında distant təhsilə qərar verildi

DÜNYA

12 Mart 2023 | 14:28 | Müəllif: Subhan Mahmudov

Səudiyyə Ərəbistanında distant təhsilə qərar verildi

Səudiyyə Ərəbistanının bir çox şəhərində, xüsusilə də Məkkədə güclü yağış xəbərdarlığı səbəbindən ölkədə distant təhsilə qərar verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA məlumat yayıb.

Bildirilib ki, Məkkə, Ciddə, Taif, əl-Bəha və əl-Mahva şəhərlərinin təhsil müdirlikləri, Milli Meteorologiya Mərkəzindən verilən yağıntı xəbərdarlığına görə ibtidai və orta təhsil müəssisələrində təhsilin distant rejimdə aparılacağını açıqlayıb.

Distant təhsil qərarının tələbələrin və təhsil işçilərinin təhlükəsizliyini təmin etmək üçün alındığı qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR