Küveyt News xəbər kanalı süni intellektlə işləyən virtual xəbər aparıcısı Fedhanı təqdim edib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, ərəbcə danışan Fedha "Mən Küveytdə süni intellektlə işləyən ilk aparıcı Fedhayam. Hansı xəbərlərə üstünlük verirsiniz? Fikirlərinizi eşidək" deyib.
Küveyt News mətbuata verdiyi açıqlamada süni intellekt serveri Fedhanın sınaq mərhələsində olduğunu və internetdən gündəlik xəbərləri oxuyacağını bildirib. Ağ köynək, qara pencək geyinən Fedha tanıtım videosunda sarışın olaraq görüntülənib.
Rəsmilər Fedhanın "küveytliləri bir araya gətirən müxtəlifliyi əks etdirdiyini" söyləyib.
Fedhanın media orqanının "Twitter" hesabından gündəlik xəbər bülletenlərini təqdim etməsinin planlaşdırıldığı və zamanla Küveyt ləhcəsi ilə danışması gözlənildiyi vurğulanıb.
Ay Tac











jpg-1683781332.webp)



