• Bakı 25° C

    3.78 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Əhməd əş-Şaraa: Suriya separatçı layihələr üçün meydan deyil

DÜNYA

19 Iyul 2025 | 14:10

Əhməd əş-Şaraa: Suriya separatçı layihələr üçün meydan deyil

Suriya separatçı layihələr üçün meydan deyil.

Bakıvaxtı.az Suriya KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Əhməd əş-Şaraa Süveyda əyalətindəki vəziyyətlə bağlı bəyanatında bildirib.

Prezident vurğulayıb ki, bütün druz icmasını ayrı-ayrı şəxslərin hərəkətlərinə görə mühakimə etmək olmaz, Süveyda sakinlərinin əksəriyyətinin dövləti dəstəklədiyini, kiçik bir qrupun etiraz etdiyini qeyd edib.

O, Suriyanın ərazi bütövlüyünə dəstəyinə görə ABŞ-a təşəkkür edərək bildirib: ”Suriya separatçı layihələr üçün meydan deyil”.

Əhməd əş-Şaraa qəhrəmanlıq mövqeyinə görə qəbilələrə təşəkkür edərək rəsmi mövqeyi müdafiə edənləri dərhal atəşkəsə çağırıb.

Xatırladaq ki, Azərbaycanın Xarici İşlər Nazirliyi də ötən gün Suriyanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə dair bəyanat yayıb.


SON XƏBƏRLƏR

18 Iyul 2025