• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilərlə bağlı məlumat yaydı - VİDEO

CƏMİYYƏT

08 Sentyabr 2023 | 09:36

Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilərlə bağlı məlumat yaydı - VİDEO

2023-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı başa çatıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Toplanış müddətində hərbi vəzifəlilərlə döyüş hazırlığı üzrə məşğələlər keçirilib, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, eləcə də düzgün istifadə qaydaları öyrədilib.

Həmçinin, hərbi vəzifəlilərin mənəvi-psixoloji vəziyyətləri yoxlanılıb, onlarla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.

Təlim toplanışı başa çatdıqdan sonra hərbi vəzifəlilər aidiyyəti dövlət qurumunun nümayəndələrinin müşayiəti ilə yaşayış yerlərinə yola salınıblar.


Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilərlə bağlı məlumat yaydı - VİDEOMüdafiə Nazirliyi ehtiyatda olan hərbçilərlə bağlı məlumat yaydı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026