• Bakı 9° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Elektrik qatarı piyadanı vurdu - YENİLƏNİB

HADİSƏ

08 Dekabr 2022 | 10:23

Elektrik qatarı piyadanı vurdu - YENİLƏNİB

Sumqayıt-Bakı elektrik qatarının vuraraq öldürdüyü şəxsin kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, elektrik qatarının vurduğu şəxsin 2002-ci il təvəllüdlü Hacı Ağazadə Əmralı olduğu bildirilir.

Hadisə Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

 

09:17

Bu gün səhər saat 07:40 radələrində 6006 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı Güzdək-Xırdalan mənzilinin 11-ci kilometrində 101 km/saat sürətlə (təyin olunmuş sürət 105 km/saat) hərəkətdə olan zaman dəmir yolu xətlərindən piyadaların keçidi üçün qadağan olunmuş yoldan qəfil keçməyə cəhd etmiş şəxsi vurub.

Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) Bakıvaxtı.az-a verilən məlumata görə, vurulan şəxs hadisə yerində dünyasını dəyişib.

Hadisə hüquq mühafizə orqanları tərəfindən aidiyyəti üzrə araşdırılır.

İctimaiyyətə əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026