• Bakı 10° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.8492

    RUB - 0.0175

Əli Əsədov Azərbaycanın Belarusdakı səfirliyinə baş çəkib

SİYASƏT

03 Oktyabr 2024 | 17:51

Əli Əsədov Azərbaycanın Belarusdakı səfirliyinə baş çəkib

Baş nazir Əli Əsədov Belarusdakı Azərbaycan səfirliyində olub, diplomatlar qarşısında çıxış edərək ikitərəfli münasibətlərin inkişafı üzrə əsas vəzifə və istiqamətləri qeyd edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

Səfirliyin müşaviri Mahir Hacıyev bildirib ki, Ə.Əsədov görüşdə iki ölkə arasında münasibətlərin səviyyəsindən danışıb.

“Bizim əsas vəzifəmiz iqtisadi əlaqələri inkişaf etdirməkdir. Səfər zamanı iqtisadi sektoru da əhatə edən bir sıra sənədlərin imzalanması planlaşdırılır”, - o vurğulayıb.

Onun sözlərinə görə, Belarus və Azərbaycan arasında perspektiv inkişaf istiqamətləri kənd təsərrüfatı, həmçinin müxtəlif sahələrdə istehsalın yaradılmasıdır.

“Səfər proqramı genişdir, buraya liftlərin, gübrələrin və s. birgə istehsalı məsələlərinin nəzərdən keçirilməsi daxildir”, - müşavir bildirib.


SON XƏBƏRLƏR

03 Noyabr 2024