• Bakı 16° C

    7.39 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü

SİYASƏT

15 Iyul 2022 | 12:49

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü

Baş nazir Əli Əsədov iyulun 15-də Gürcüstanın Baş prokuroru İrakli Şotadze ilə görüşüb.

Nazirlər Kabinetindən Bakıvaxtı.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyi məmnunluqla vurğulanıb. İki ölkənin prokurorluq orqanları arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Həmçinin Azərbaycan-Gürcüstan əlaqələrinin bir çox istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub. Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026