• Bakı 10° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Əli Əsədov Olqa Alqayerova ilə görüşdü

SİYASƏT

31 Oktyabr 2022 | 13:33

Əli Əsədov Olqa Alqayerova ilə görüşdü

Oktyabrın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı katibi Olqa Alqayerova ilə görüşüb.

Nazirlər Kabinetindən Bakıvaxtı.az-a verilən xəbərə görə, görüşdə cari ildə Azərbaycanın BMT-yə üzv olmasının 30-cu ildönümünün qeyd edildiyi bildirildi, ölkəmizin BMT-nin strukturları və ixtisaslaşmış təşkilatları, o cümlədən Avropa İqtisadi Komissiyası ilə hərtərəfli əməkdaşlığından məmnunluq ifadə olundu.

Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında əldə etdiyi uğurlardan bəhs edildi.

Görüşdə, həmçinin Azərbaycan ilə BMT arasında əməkdaşlığın perspektivləri müzakirə olundu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR