• Bakı 25° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

"Müxalifət olaraq, vəzifəmizi çox dürüst yerinə yetiririk" - Partiya sədri

SİYASƏT

29 Noyabr 2022 | 15:44

"Müxalifət olaraq, vəzifəmizi çox dürüst yerinə yetiririk" - Partiya sədri

“Siyasi partiyalar haqqında qanuna səs verəcəm. Çünki, aparılan müzakirələrdə verilən təkliflərin nəzərə alınması, müzakirələrin açıq və şəffaf keçirilməsi buna əsas verir".

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin  bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu qanunun müzakirəsi zamanı ortaya çıxan gerçəklik həm də bir siqnal oldu, qanunun qəbul edilməsinin vacibliyini ortaya qoydu: "Ölkəmizdə iqtidarı, Prezidenti tənqid etmək, zəiflətmək naminə Azərbaycanın düşmənləri ilə belə əməkdaşlıq etmək, onların sözünü dəstəkləmək və onların televiziyalarında tənqidi fikirləri ilə görünən siyasətçilərin olmasına təəssüf edirəm”.

Deputat qeyd edib ki, bu gün İranın, Ermənistanın televiziyalarında onların çıxışlarından və tənqidlərindən istifadə olunursa, bu, onlar üçün utanc və faciədir:

“Parlamentdə olan müxalifəti də tənqid edirlər ki, siz necə müxalifətsiniz? Müxalifət olaraq, vəzifəmizi çox dürüst yerinə yetiririk. Nə etməliyik? Yumruq davasına çıxmaq, qarışıqlıq salmaq, spikerin sözünü kəsmək, hər məsələyə etiraz etmək, zalı tərk etmək, səsi imkan verdikcə qışqırmaq, əl-qol ilə danışmaq bizlik deyil. Daha mədəni və təsirli yollar var. Bunu da edirik. Son zamanlar məni də təhqir edirlər. Çünki Prezident İlham Əliyevin Azərbaycan naminə gözəl çıxışları olur, dövlətimiz naminə onları dəstəkləyirəm. Səbəbini deyim bilsinlər. Prezident İlham Əliyevi ona görə dəstəkləyirəm ki, o, bizim arzularımızı gerçəkləşdirir. O bü gün Məhəmməd Əmin Rəsulzadənin, Əbülfəz Elçibəyin ideyalarını, proqramını gerçəkləşdirməklə məşğuldur. Biz müxalifət olaraq başımızın üzərində Rəsulzadənin, Elçibəyin portretini asmışıq, amma, onların əsrlər boyu həyata keçməyən arzularını İlham Əliyev həyata keçirir, qəbul etmək istəmirsiniz”.

R.Nurullayev bildirib ki, əgər ədalətli, dövlətçi insanlar olsaq, gərək başımız üzərindən İlham Əliyevin şəklini asaq:

“Çünki rəhbərlik etdiyiniz partiyaların proqramını, məhz İlham Əliyev bir-bir həyata keçirməkdədir və indi gərək bu qanunla partiya proqramını dəyişəsiniz və ya dəyişiklik edəsiniz. Bütün partiyaların proqramında Qarabağ məsələsinin həlli var, İranda yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi var, bütöv azərbaycançılıq var. Indi o mövzular bir neçə partiyanın monopoliyası deyil. Təzada bax ki, indi iqtidar partiyası bütöv Azərbaycana işarə vurur, İranda yaşayan azərbaycanlıların hüquqlarını müdafiə etməkdən ötrü tədbirlər görür, amma, Azərbaycanın ən zəif vaxtlarında bütöv Azərbaycan deyənlər, Cənubi Azərbaycanda yaşayan həmvətənlərimizin hüquqlarını qoruyanlar ölkəmizin tarixdə görünməyən güclü vaxtında tərəflərini və ideallaırnı dəyişiblər. Bu, xalqımız üçün xəyanətə bərabər tutulacaq hərəkət, sizlər üçün isə faciədir. Əlavə olaraq qeyd edim ki, müxalifətçiliyi də gərək kişi kimi edəsən. Xaricdə Prezidentə və onun ailəsinə qarşı aparılan iyrənc kompaniya hər zaman cəmiyyət tərəfindən pis qarşılanıb. Bütün dövrlərdə belə cılız adamlara verilən rollar öz baxış dairəsini genişləndirməyib. Çünki onların mübarizə metodu, müxalifətçilik deyil. Prezident ölkənin simvollarından biridir. Bu simvollara çamur atan, dil uzadan bu ölkənin vətəndaşı ola bilməz. Taleyüklü məsələlərdə Prezidentin yanında olmaq hər bir vətəndaşın borcudur. Bu bizim dövlətçiliyə olan sevgimizdən irəli gəlir. Ölkəmizin çətin bir dönəmdən keçdiyi vaxtda bu cür yaramaz hərəkətlər xəyanətdən də pisdir”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026