• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Türkmənbaşıda Azərbaycan, Türkmənistan və Türkiyə üçtərəfli sammiti keçiriləcək

SİYASƏT

29 Noyabr 2022 | 22:04 | Müəllif: Subhan Mahmudov

Türkmənbaşıda Azərbaycan, Türkmənistan və Türkiyə üçtərəfli sammiti keçiriləcək

Bu il dekabrın əvvəlinə nəzərdə tutulan Azərbaycan, Türkmənistan və Türkiyə üçtərəfli sammitinin Türkmənbaşı şəhərində yerləşən "Avaza" milli turizm zonasında keçirilməsi planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı bir sıra sazişlərin imzalanması nəzərdə tutulur. Həmçinin üçtərəfli görüş ərəfəsində Türkmənistanda energetika, nəqliyyat və xarici işlər nazirlərinin toplantısı baş tutacaq.

Qeyd edək ki, ötən gün Ankarada Türkiyə və Türkmənistanın xarici işlər nazirliklərinin yüksək səviyyəli nümayəndələri arasında siyasi məsləhətləşmələr keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026