• Bakı 11° C

    0.34 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Əli Əsədov Rusiyaya gedəcək

SİYASƏT

20 Aprel 2021 | 22:28

Əli Əsədov Rusiyaya gedəcək

Bu gün Rusiya Hökumətinin sədri Mixail Mişustin Baş nazir Əli Əsədova telefonla zəng edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artmasından və qarşılıqlı tədarük olunan məhsul çeşidinin genişlənməsindən məmnunluq ifadə edilib.

Hacıqabul sənaye məhəlləsində “GAZel-NEXT” və “GAZon NEXT” kommersiya yük maşınlarının yığım istehsalı zavodunun istismara verilməsi məmnuniyyətlə vurğulanıb.

Həmçinin, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Mixail Mişustin Əli Əsədovu Rusiya Federasiyasına rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR