• Bakı 18° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Elvin Hətəmzadəyə yüksək vəzifə verildi

GÜNDƏM

25 Iyun 2024 | 12:34

Elvin Hətəmzadəyə yüksək vəzifə verildi

Elvin Hətəmzadə ədliyyə nazirinin müşaviri təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, Fərid Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb.

Elvin Hətəmzadə 1987-ci ildə anadan olub. ABŞ-ın Park Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, Vaşinqton Universitetinin hüquqşünaslıq ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib.

2012-2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Hüquq İdarəsində müxtəlif vəzifələrdə işləyib. 2020-ci ilin iyun-oktyabr aylarında Azərbaycan Respublikası Ali Məhkəməsində Beynəlxalq əlaqələr şöbəsinin müdiri, həmin ilin oktyabr ayından isə Ali Məhkəmənin Aparat rəhbəri vəzifələrində çalışıb.

Həmçinin 2016-2020-ci illərdə ADA Universitetində pedoqoji fəaliyyətlə məşğul olub, bir sıra elmi-tədqiqat məqalələrinin müəllifidir.

Elvin Hətəmzadə ABŞ-ın Nyu-York ştatının və Vaşinqton federal dairəsinin Vəkillər Kollegiyasının, ABŞ-ın Nyu-York ştatının Vəkillər Assosiasiyasının və Amerika Vəkillər Assosiasiyasının üzvüdür.Report


SON XƏBƏRLƏR

28 Sentyabr 2024