• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tələbələr hansı halda köçürülməyə bilər?

GÜNDƏM

24 Iyul 2024 | 16:58

Tələbələr hansı halda köçürülməyə bilər?

Ali təhsil müəssisəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmuş subbakalavrların təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin ali təhsil müəssisələrinin tələbələrinin köçürülməsinə dair yaydığı məlumatda qeyd olunub.

    Həmçinin bildirilib ki, təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamayan tələbələrin təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişdirməsinə yol verilmir.


    "Bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində normativ təhsil müddətinin sonuncu tədris ilində və ya normativ təhsil müddətindən artıq (müddətli həqiqi hərbi xidmət dövrü daxil deyil) müddətdə təhsil alan tələbələrin təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsinə yol verilmir", - deyə məlumatda bildirilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Noyabr 2026