• Bakı 16° C

    12.11 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

Rövzət Qasımov: Bəzi şəxslər seçki qurumunun humanizmindən sui-istifadə edirlər

GÜNDƏM

24 Iyul 2024 | 16:55

Rövzət Qasımov: Bəzi şəxslər seçki qurumunun humanizmindən sui-istifadə edirlər

Bəzi şəxslər seçki qurumunun humanizmindən sui-istifadə edirlər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında 94 saylı Ucar seçki dairəsindən namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Elton Arzuman oğlu Məmmədovun saxta sənədlər təqdim etməsi ilə bağlı şikayətə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hansısa şəxs insanları təmsil etmək istəyirsə, seçicilərlə səmimi olmalıdır: "Dairə seçki komissiyaları bu cür məsələlərə diqqətlə yanaşmalıdır. Biz həmişə dairə seçki komissiyalarının namizədlərin xeyrinə, humanist addım atmasını istəyirik. Lakin görünür, bəzi şəxslər bu humanizmdən sui-istifadə edirlər. Belə hallara yol vermək olmaz”.


SON XƏBƏRLƏR

17 Oktyabr 2024