• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Ərdoğan Qaro Paylanı satqın adlandırdı

DÜNYA

26 Aprel 2022 | 10:10

Ərdoğan Qaro Paylanı satqın adlandırdı

“Türkiyə parlamentində qondarma erməni soyqırımının tanınması ilə bağlı qanun layihəsini təqdim edən deputat Qaro Paylana yer yoxdur”.

Bakıvaxtı.az “TASS”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz bu qanun layihəsini yüksək instansiyada açıq satqınlıq kimi qəbul edirik”, - deyə Ərdoğan söyləyib.

Qeyd edək ki, Xalqların Demokratik Partıyasından (HDP) millət vəkili Qaro Paylan aprelin 22-si qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrliyinə təqdim edib. Lakin TBMM sədri Mustafa Şentop sözügedən qanun layihəsinin parlamentin nizamnaməsinə zidd olduğunu əsas gətirərək geri qaytarıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026