• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Ərdoğandan Qərblə bağlı SƏRT AÇIQLAMA

DÜNYA

29 Iyun 2023 | 18:22

Ərdoğandan Qərblə bağlı SƏRT AÇIQLAMA

İslam və bəşəriyyət düşmənləri polis himayəsi altında təxribatlarla bu ab-havaya kölgə salmağa çalışırlar. İsveçdəki iyrənc hücum da onlardan biridir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu cinayəti törədənlər, fikir azadlığı adı altında buna yol verənlər, bu alçaqlığa göz yumanlar məqsədlərinə çatmayacaqlar. Türkiyə olaraq biz heç vaxt təxribat siyasətinə, təhdid siyasətinə boyun əyməyəcəyik. Terror təşkilatları və islam düşmənləri ilə qəti şəkildə mübarizə aparana qədər reaksiyamızı ən sərt şəkildə göstərəcəyik. Qərbin təkəbbür abidələrinə müsəlmanların müqəddəslərini təhqir etməyin fikir azadlığı olmadığını öyrədəcəyik”, - Ərdoğan bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026