• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İran HDQ komandanı Rusiyaya getdi

DÜNYA

29 Iyul 2023 | 15:43

İran HDQ komandanı Rusiyaya getdi

İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şəhram İrani Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

Qeyd olunub ki, İran HDQ komandanı 30 iyul – Rusiya Hərbi Dəniz Donanması Günü münasibətilə təşkil olunacaq mərasimdə iştirak etmək üçün gedib.

Məlumatda deyilir ki, mərasimdə Rusiya Prezidenti Vladimir Putin və 21 ölkənin hərbi qurumlarının rəsmiləri iştirak edəcək.

İraninin rusiyalı həmkarı ilə görüşdən əlavə, bir sıra Asiya və Afrika ölkələrinin donanma komandirləri ilə də görüşləri də gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026