• Bakı 24° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Düşərgədə 60-dan çox uşaq zəhərləndi

DÜNYA

29 Iyul 2023 | 17:40

Düşərgədə 60-dan çox uşaq zəhərləndi

Rusiya Federasiyasının Altay Respublikasındakı “Dağ qartalı” düşərgəsində 60-dan çox uşaq zəhərlənib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Respublika Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, zəhərlənənlərin hamısına lazımi tibbi yardım göstərilib.

Zəhərlənən 7-17 yaşlı uşaqların vəziyyəti qənaətbəxşdir.

Həmçinin əlavə olunub ki, 26-29 iyul aralığında uşaqlarda bağırsaq xəstəliyinin əlamətləri ilə müraciətlər olunub.

Məlumata əsasən, düşərgədə ümumilikdə 354 uşaq dincəlir və hazırda düşərgənin fəaliyyətinin dayandırılması məsələsi müzakirə olunur.

Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026