• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Eriksen Danimarka millisini ziyarət etdi

İDMAN

20 Iyun 2021 | 12:35

Eriksen Danimarka millisini ziyarət etdi

Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen komandasının Avro-2020-nin qrup mərhələsinin üçüncü turu çərçivəsində Rusiya ilə oyuna hazırlıq məşqini ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Futbolçunun həyat yoldaşı və övladları da onunla birlikdə komandanın düşərgəsinə gəlib. Danimarkalı futbolçuların sözlərinə görə, Eriksenin səfəri onlar üçün sürpriz olub.

“Onu görmək çox xoş oldu. Bizim üçün turnirin qalan hissəsinə köklənmək üçün Kristianın yaxşı olduğunu bilmək önəmli idi”, - deyə komandanın hücumçusu Skov Olsen bildirib.

Yarımmüdafiəçi Kristian Nerqorun sözlərinə görə, Eriksenin vəziyyəti yaxşı olub və o, öz komandasını ruhlandırıb:

“Onun öz oğlu ilə necə gəzdiyini görmək əla oldu. Bizə lazım olan da məhz bu idi”.  

Qeyd edək ki, Avro-2020 çərçivəsində keçirilən Danimarka-Finlandiya oyununda yarımmüdafiəçi Kristian Eriksenin ürəyi dayanmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026