Tokiodakı Olimpiya kəndində ilk koronavirusa yoluxma halları aşkar edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Kyodo” məlumat yayıb.
Məlumata görə, yoluxan üç nəfərdən ikisi futbol üzrə CAR millisinin üzvləri, digəri isə yığmanın videoanalitikidir.
Hazırda onların qaldıqları hotel nömrələrində təcrid olunduqları bildirilib.
Məlumatları CAR Futbol Federasiyası da təsdiqləyib.
















