• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Ermənistan prezidenti barəsində cinayət işi açıldı

DÜNYA

03 May 2021 | 15:51

Ermənistan prezidenti barəsində cinayət işi açıldı

Ermənistan baş prokurorluğu ölkə prezidenti Armen Sarkisyanın ikili vətəndaşlıq faktını gizlətməsi barədə cinayət işi açıb.

Bakıvaxtı.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistanın Vəkillər palatasının rəhbəri Ara Zohrabyan deyib.

O bildirib ki, prokurorluq cinayət işini 53 vəkilin 30 mart tarixli müraciəti əsasında sənədlərin saxtaşdırılması maddəsi ilə açıb.

Qeyd olunur ki, Armen Sarkisyan 2003-2012-ci illərdə Böyük Britaniya vətəndaşlığına malik olub.

Ermənistan qanunlarına əsasən, ölkə prezidenti seçilməmişdən altı il əvvəl Ermənistan vətəndaşlığı almalıdır.

Vəkillər iddia edir ki, A.Sarkisyan 2018-ci ildə 6 il tam başa çatmamış, qanunu pozmaqla prezident seçilib.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026