• Bakı 18° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Ermənistanda polkovnik şirkət direktorunu bıçaqladı

DÜNYA

24 Avqust 2024 | 15:51 | Müəllif: Gülşən Şərif

Ermənistanda polkovnik şirkət direktorunu bıçaqladı

 Ermənistanın Tavuş vilayətində 2 nəfər bıçaqlanıb. 

Bakıvaxtı.az Unikal-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

Qeyd olunub ki, 37 yaşlı Roman A. və 25 yaşlı Karen G. tibbi yardım üçün müraciət edib. 

Məlum olub ki, bıçaqlanan Roman A. “Tavuş-su istifadəçiləri” şirkətinin direktoru, Karen G. isə Ermənistan Daxili İşlər Nazirliyinin İcevan yanğın-xilasetmə dəstəsində sınaq müddətində işləyir. 

Onları bıçaqlamaqda şübhəli bilinən Mihran M. polkovnikdir. Erməniatan Müdafiə Nazirliyinin ehtiyat qüvvələrindəndir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026