• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukraynalı xakerlər rus banklarına hücum edib

DÜNYA

23 Sentyabr 2024 | 14:38 | Müəllif: Əli Hüseynov

Ukraynalı xakerlər rus banklarına hücum edib

“Rosselxozbank” və “Moskva Kredit Bankı” xaker hücumuna məruz qalıb. Hücumları Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) kibermütəxəssisləri həyata keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna"ya xüsusi xidmət orqanlarındakı mənbələr bildiriblər.

Məlumata görə, saytların işi pozulub, onlayn bank xidmətlərinə çıxış yoxdur, mobil proqramlar işləmir.

Eyni zamanda bankların texniki xidmətləri hələlik servislərin stabil fəaliyyətinin nə vaxt bərpa olunacağını təxmini müəyyən edə bilmir.

Mənbələr Rusiyanın maliyyə sisteminin son rusiyalı hərbçinin Ukrayna ərazisini tərk etməsinə qədər zərbələrə tab gətirəcəyini qeyd ediblər.

Bu yaxınlarda BKİ kibermütəxəssisləri Rusiyanın ən böyük banklarına, xüsusən də “Bank Russia”, “Tinkoff Bank”, “Gas Bank” və s. hücum ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026