• Bakı 12° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Əsrlərdən boylanan Lahıc - FOTOREPORTAJ

REPORTAJ

02 Yanvar 2022 | 11:15

Əsrlərdən boylanan Lahıc - FOTOREPORTAJ

İsmayıllı rayonunun ən qədim, yerli və xarici turistlərin daha çox diqqətini çəkən kəndlərindən biri də Lahıcdır.

Bakıvaxtı.az xəbər verir ki, 1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir. Kənd Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 m hündürlükdə yerləşir.

Lahıc Girdiman çayının sahilində yerləşməklə Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur və ona təbii qala şəraiti bəxş edir. Belə bir coğrafi məkan qədim zamanlarda Lahıcın xarici təsirlərdın Lahıcdan çəkdiyi fotolarıən, basqınlardan yaxşı müdafiə olunması üçün imkan yaratmışdır.

Lahıc Bakıdan 180 kilometr və rayon mərkəzindən 37 kilometr məsafədə yerləşir.

Yeddi dağın əhatəsində yerləşən Lahıcın bir xüsusiyyəti onu bütün Şərq şəhərlərinə bənzədir. Bu 7 dağda 7 bulaq, 7 məhəllə, 7 hamam var.

Hazırda Lahıcın əhalisi təxminən 2000 nəfərə yaxındır. 

Onu da deyək ki, artıq Lahıc yolu yenilənib və gediş-gəliş daha da rahat olub.

Bu bayram günlərində Bakıvaxtı.az-ın foto-müxbiri Rəvan Baxışlı şəkdiyi fotolarla Lahıca gedə bilməyənləri ora virtual səfərə aparacaq.   


SON XƏBƏRLƏR

27 Mart 2024