Sumqayıt şəhərində evdə yanan qadın xəstəxanada ölüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə üç gün əvvəl Sumqayıt şəhər "Yaşıl dərə" yaşayış massivində qeydə alınıb.
1953-cü il təvəllüdlü Solmaz Əjdər qızı Məcidova ehtiyatsızlıq nəticəsində yanıb.
O dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Aparılan müayinə və müalicələrə baxmayaraq, o bu gün xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.





jpg-1739515231.webp)

jpg-1739527890.webp)



jpg-1739522359.webp)



