Haqqın.az saytına yeni rəhbər təyin edilib.
Bakıvaxtı.az Manset.az-a istinadla bildirir ki, bu vəzifəyə Caliber.az saytının baş redaktoru Timur Hüseynov gətirilib. O, Caliber-in kollektivi ilə vidalaşıb. Yeni rəhbər təyin olunduğu kollektivə təqdim edilərək fəaliyyətə başlayıb.
Qeyd edək ki, bir müddət əvvəl Eynulla Fətullayevin Haqqın.az saytını satdığı və Azərbaycandan getdiyi ilə bağlı məlumatlar yayılmışdı.
















