• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Fəhləni cərəyan vuraraq öldürdü

HADİSƏ

05 Aprel 2023 | 17:44

Fəhləni cərəyan vuraraq öldürdü

Quba rayonunda fəhləni cərəyan vuraraq öldürüb.

Bu barədə Bakıvaxtı.az-a rayon prokurorluğundan məlumat verilib.

Aprelin 5-i saat 14 radələrində 1985-ci il təvəllüdlü Turab Nəsirovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı “DOST İş Mərkəzi” MMC xətti ilə “Azəriqaz” İB-nin Xaçmaz Regional Qaz İstismar İdarəsinin Quba Xidmət Sahəsinə fəhlə kimi təhkim edilmiş Turan Nəsirovun rayonun Amsar kəndi ərazisində elektrik dirəyindən ötürücü naqili kəsmək istəyən zaman cərəyan vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026