• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ferdinand Markos İlham Əliyevi təbrik etdi

SİYASƏT

17 Aprel 2024 | 12:40

Ferdinand Markos İlham Əliyevi təbrik etdi

Filippin Respublikasının Prezidenti Ferdinand Markos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bakıvaxtı.az xəbər verir ki, məktubda deyilir:

    “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Filippin hökuməti və xalqı adından Sizə ən səmimi təbriklərimi çatdırıram.

    Sülhün və sabitliyin qorunub saxlanılması, Azərbaycan dövləti və xalqı üçün daha çox inkişafa, rifaha nail olunması kimi vacib missiyanızda Sizə uğurlar arzulayıram.

    Xalqlarımızın mənafeyi naminə qarşılıqlı maraq doğuran sahələrdə birgə çalışaraq Filippin ilə Azərbaycan arasında daha sıx ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə sadiqliyimi bir daha təsdiq edirəm”.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    06 Noyabr 2026