• Bakı 24° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Fidan Rusiyadadır

DÜNYA

16 Iyun 2026 | 16:52

Fidan Rusiyadadır

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyada səfərdədir.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, səfər çərçivəsində Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Hakan Türkiyə-Rusiya münasibətlərin hər iki ölkə liderlərinin müəyyən etdiyi vizyon sayəsində getdikcə daha çox institutlaşdığını və yaxşılaşdığını, yüksək səviyyəli səfərlərin və koordinasiya səylərinin fasiləsiz davam etdiyini qeyd edib. Nazir əlavə edib ki, bürokratlar və iş adamları, xüsusən də liderlər və nazirlər iki ölkə arasında bir çox sahədə münasibətlərin necə inkişaf etdirilməsi üzərində daim çalışırlar.

XİN başçısı Rusiyaya səfərinin həm ikitərəfli, həm də regional məsələlər üzrə dərin müzakirələr üçün fürsət yaradacağını bildirib. O, Türkiyə və Rusiyanın ticarət, enerji və əlaqə sahələrində çox ciddi layihələr həyata keçirdiyini və potensial layihələri də qiymətləndirdiklərini bildirib.

Fidan bir çox regional məsələlər, xüsusən də Qafqaz, Yaxın Şərq, Orta Asiya və Afrika mövzularında fikir mübadiləsi aparacaqlarını bildirib və əlavə edib:

"İndiyə qədər etdiyi kimi, Türkiyə Ukrayna məsələsinin həllində hər cür dəstəyi verməyə davam edəcək. Türkiyə istənilən vasitəçilik roluna töhfə verəcək. Bacardığı vasitəçilik rolunu oynamağa davam edəcək. Çünki davam edən müharibə bölgəmizdə qeyri-sabitliyi daha da artırır. Buna ən qısa zamanda son qoyulmalıdır".

Görüşdən sonra iki nazir birgə mətbuat konfransı keçirib. Hakan Fidan deyib ki, Ukraynadakı müharibə bitməli, hər iki ölkə danışıqlar masasına oturmalıdırlar. 

Fidan həmçinin bildirib ki, Hörmüz boğazının müharibədən əvvəlki kimi sərbəst və fasiləsiz keçid üçün açıq qalması çox vacibdir.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR