• Bakı 24° C

    1.32 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.3231

FİFA DÇ-dən 6 milyarddan çox gəlir əldə edəcək

İDMAN

10 Iyun 2026 | 20:20

FİFA DÇ-dən 6 milyarddan çox gəlir əldə edəcək

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) 2026-cı il dünya çempionatından əldə edəcəyi gəliri açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, FİFA 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına ev sahibliyi etməklə 6 milyard dollardan çox gəlir əldə edəcək. 3,8 milyard dollar televiziya hüquqlarından, 2,4 milyard dollar isə reklamdan əldə olunacaq.

FİFA-nın əsas sponsoru Səudiyyə Ərəbistanının Aramco neft şirkətidir və təşkilata hər il 100 milyon dollar ödəyir. "Adidas", "Coca-Cola", "Visa" və "Hyundai/KIA" da ən gəlirli tərəfdaşlar beşliyinə daxildir. Onlar birlikdə federasiyaya ildə 80-120 milyon dollar gəlir gətirirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR