"Formula-1" Azərbaycan Qran-Prisi tarixində 2023-cü il ötən altı il ilə müqayisədə bilet satışının ən yüksək səviyyəyə çatdığı yarış kimi seçilir. Belə ki, bu il biletlərin 90 faizi satılıb".
Bunu Bakıvaxtı.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.
"Ötən illərdə keçirdiyimiz altı yarışla müqayisədə bu il 28-30 aprel tarixlərində baş tutacaq "Formula-1" Azərbaycan Qran-Prisi üçün ilk dəfə 100-dən çox ölkədən bilet alınıb. Buna səbəb ilk dəfə ölkəmizdə sprint yarışının keçirilməsi təsir edib. Biletlərin satılmasına görə ilk üçlükdə yenə Böyük Britaniya, Niderland və Azərbaycandır".
Qeyd edək ki, "Formula-1 Azərbaycan Qran-Prisində 10 komanda iştirak edəcək.
Ramid İbrahimov