• Bakı 22° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Fransadakı aksiyalarda 30 polis yaralandı

DÜNYA

01 May 2021 | 22:20

Fransadakı aksiyalarda 30 polis yaralandı

Fransız polisi Parisdə baş verən nümayişlərdəki qarşıdurmalar zamanı 34 nəfər aksiya iştirakçısını saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanen açıqlama verib.

Paytaxtın polis prefekturası "bir neçə yüz" xuliqanın 1 may gününə həsr olunan aksiyalar zamanı nümayişçilərin önündə gedərək dükanların şüşələrini qırdıqlarını, zibil qutularını yandırdıqlarını və kordonda dayanan polislərə müxtəlif əşyalar atmağa başladqlarını bildirib.

Eyni zamanda Fransanın Lion şəhərində nümayişçilər ilə qarşıdurmada 30-a yaxın polis və jandarma zabiti yaralanıb.

Fransız polisi Liondakı aqressiv nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Təxminən 200 nəfərlik aqressiv qrupun davranışı səbəbindən hüquq-mühafizə orqanlarının müdaxiləsi tələb edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026